Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Doğuş telefonu yerə qoyan kimi gecə saat 2-də... ''

''Doğuş telefonu yerə qoyan kimi gecə saat 2-də... ''

Tarix: 10 Iyun 2024 13:10

"Doğuşu çox qısqanırdım. Sonra gördüm ki, çox qısqanclıq ailəni dağıtmaq deməkdir. Telefonu yerə qoyan kimi gecə saat 2-də götürürdüm və hər şeyə baxırdım".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişində deyib. O, müğənni həyat yoldaşı Doğuşu qısqanmasından bəhs edib:

"Telefonum ortada olurdu. O isə kənara qoyurdu. Mən də o yatan kimi götürürdüm. Baxırdım ki, ancaq sevgi sözləri: səni sevirəm, uşaqlığımın sevgisi. Əsəb keçirirdim. Gördüm bu əsəb məni öldürəcək, sildim atdım. Bir dəfə də İstanbulda Taksimdə bir qız qışqırdı ki, səni sevirəm. Hamı mənə baxdı. Qısqanclıq böyük xəstəlikdir. Qədərində olmalıdır".


Etiketlər:  Doğuş telefonu yerə qoyan kimi gecə saat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ