Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur boksçu həbs edildi

Məşhur boksçu həbs edildi

Tarix: 10 Iyun 2024 15:48

Rayan Qarsiya Los-Ancelesdəki "Waldorf Astoria" otelində vandalizmə görə həbs edilib.

Milli.Az lent.az-a istinadən bildirir ki, 25 yaşlı amerikalı boksçu apreldə Devin Heynini məğlub etdikdən sonra dopinq testinin müsbət çıxması səbəbindən artıq qalmaqalın mərkəzindədir.

Məlumata görə, Beverli-Hillzdə baş verən insidentdən sonra həbs olunaraq nəzarətə götürülən Qarsiyanın rinqdən kənar vəziyyəti daha da gərginləşib.

O, otelin əmlakına, o cümlədən otağına və dəhlizinə ziyan vurduğuna görə saxlanılıb.

Onun spirt və ya narkotikin təsiri altında olduğu, lakin həbs olunarkən polislə əməkdaşlıq etdiyi bildirilir.

Milli.Az


Etiketlər:  Məşhur boksçu həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ