Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Küveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatdı

Küveytdə yanğında ölənlərin sayı 49 nəfərə çatdı

Tarix: 12 Iyun 2024 20:42

Küveytin cənubundakı Manqaf şəhərində yaşayış binasında baş verən yanğında azı 49 nəfər ölüb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə KUNA agentliyi ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, yanğınsöndürənlər yanğını söndürüb, səlahiyyətlilər araşdırma aparır.

Küveyt hökuməti başçısının birinci müavini Şeyx Fəhd Yusef Səud əs-Sabah hadisənin bütün detalları müəyyənləşdirilənə qədər binanın sahibinin saxlanılacağına söz verib.

"Təəssüf ki, mülk sahiblərinin tamahkarlığı belə hallara gətirib çıxarır... Mən bələdiyyə rəhbərliyindən xahiş edəcəm ki, sabahdan mülk sahiblərinə xəbərdarlıq etmədən qanun pozuntularının aradan qaldırılmasına başlasınlar", - baş nazirin müavini vurğulayıb.


Etiketlər:  Küveytdə yanğında ölənlərin sayı nəfərə çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ