Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya S-500 gətirdi, onu da məhv edəcəyik - Jmaylo

Rusiya S-500 gətirdi, onu da məhv edəcəyik - Jmaylo

Tarix: 14 Iyun 2024 08:40

Rusların Krımda S-500 yerləşdirməsi Ukrayna müharibəsi strategiyasının nəticə verdiyinə sübutdur.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Təhlükəsizlik və Əməkdaşlıq Mərkəzinin icraçı direktoru Dmitri Jmaylo deyib.

Ekspert bildirib ki, rusların hava hücumundan müdafiə sistemində boşluqlar var və bunu bağlamağa məcburdurlar.

Jmaylo vurğulayıb ki, Ukrayna Baş Kəşfiyyat İdarəsi düşmənin bütün hava hücumundan müdafiə sistemlərini, o cümlədən S-500-ləri məhv etmək üçün müfəssəl planlara malikdir.

Qeyd edək ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Rusiya Silahlı Qüvvələrinin işğal olunmuş Krıma S-500 hava hücumundan müdafiə sistemləri yerləşdirdiyini açıqlamışdı. Bundan əvvəl isə Ukrayna Krım ərazisində S-300 və S-400-ləri məhv etdiyini bildirmişdi.

Milli.Az


Etiketlər:  Rusiya S 500 gətirdi onu da məhv edəcəyik Jmaylo


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ