Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"WhatsApp"da YENİ FUNKSİYA: Yazışmaların ötürülməsi asanlaşır

Tarix: 14 Iyun 2024 09:52

"WhatsApp" tərtibatçıları QR-kodlardan istifadə edərək söhbətləri köhnə cihazdan yenisinə köçürməyi asanlaşdırıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, yenilik "WhatsApp"ın "Android 2.23.9.19" beta versiyasında müşahidə edilib. Yeni funksiya hesabınızı, söhbətləri və bütün məlumatları köhnə smartfondan yenisinə göndərməyə imkan verir. Bu funksiya smartfonları dəyişdirərkən mesaj tarixçəsinin ötürülməsi prosesini asanlaşdırmaq üçün nəzərdə tutulub.

Qeyd edək ki, söhbətləri köhnə üsulla "WhatsApp"a köçürmək üçün "Google Disk" bulud xidmətindən istifadə olunur. İndi mesencerin beta versiyasının istifadəçiləri bunu daha sadə üsulla və sürətli edə biləcəklər. İstifadəçilər sadəcə olaraq yeni cihazlarının ekranında QR-kodu göstərməli və bulud ehtiyat nüsxələrindən istifadə etmədən bütün söhbətləri dərhal ötürmək üçün köhnə smartfonlarından istifadə edərək onu skan etməlidirlər.

"Android"də "WhatsApp"ın stabil versiyalarının istifadəçiləri hələ də "Google Disk"dən istifadə edərək məlumat ötürə bilərlər. "iPhone"lara gəldikdə isə, "Apple"ın xüsusi buludu olan "iCloud"dan istifadə olunur. QR-kodların bütün "WhatsApp" istifadəçiləri üçün nə vaxt əlçatan olacağı hələlik məlum deyil.

Milli.Az


Etiketlər:  WhatsAppda YENİ FUNKSİYA Yazışmaların ötürülməsi asanlaşır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ