Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliya parlamentində 11 deputat işdən çıxarıldı

İtaliya parlamentində 11 deputat işdən çıxarıldı

Tarix: 14 Iyun 2024 17:12

İyunun 13-ü İtaliya parlamentində baş verən kütləvi davadan sonra 11 deputat vəzifəsindən kənarlaşdırılıb. Parlament onların iclaslarda iştirakını müvəqqəti olaraq dayandırıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, davadan sonra parlament 11 deputatın 2 gündən 15 günə qədər işdən kənarlaşdırılmasına qərar verib.

Çəkilmiş kadrlardan görünür ki, parlamentarilərdən birinin İtaliya bayrağını açmasından sonra ən azı 20 nəfərin iştirakı ilə dava başlayıb.

Məlumdur ki, davaya mübahisəli qanun layihəsi səbəb olub və müxalifət bunun qəbuluna qarşı çıxıb.

Bildirilir ki, səlahiyyəti dondurulmuş deputatlardan bəziləri bu sanksiyaya etiraz edirlər.


Etiketlər:  İtaliya parlamentində deputat işdən çıxarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ