Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2024 08:38
Böyük Britaniyanın Baş naziri Rişi Sunak NATO qoşunlarını Ukraynaya göndərmək haqqında düşünmədiyini bildirib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya lideri "La Repubblica" qəzetinə müsahibəsində fikirlərini bölüşüb.
Onun fikrincə, İtaliyada keçirilən Yeddilik Qrupu (G7) sammitində Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynanın ehtiyacları üçün istifadəsi barədə qərar "G7-nin hər şeyə hazır olduğunun" nümayişi idi.
"Biz müdafiəyə qoyulan sərmayəmizi artırmalıyıq, çünki dünya onilliklər ərzində heç vaxt olmadığı qədər təhlükəli və gözlənilməzdir", - o deyib.
Rusiya ərazisindəki hədəflərə qarşı Qərb silahlarından istifadə edilməsinə gəlincə, onun sözlərinə görə, raketlər "beynəlxalq humanitar qanunlara uyğun olaraq" istifadə edilməlidir.