Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2024 22:08
Peru sahilində 6 maqnitudalı zəlzələ olub.
"Report" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə əsasən, zəlzələnin episentri əhalisi 246 min olan İka şəhərindən 258 km cənub-şərqdə olub. Yeraltı təkanların ocağı 58 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.