Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2024 10:16
Niderlandlı qapıçı Bart Verbrüggen Avropa çempionatının 60 illik rekordunu yeniləyib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bununla Verbrüggen 1964-cü ildən bəri çempionatda komandaya başlayan ən gənc qapıçı oldu. O, Niderland-Polşa matçı zamanı 21 yaş 303 günündə bu şansı qazanıb.
Verbrüggen tarixin üçüncü ən gənc qapıçısı oldu. Turnirin tarixində ən gənc qolkiperi ispaniyalı Xose Anhel İribardır. O, AVRO-64-də 21 yaş 108 günündə meydana çıxıb. Qeyd edək ki, Bart Niderland yığmasında 2023-cü ildə debüt edib.