Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə millisində Gürcüstanla oyun qabağı ciddi itkilər

Türkiyə millisində Gürcüstanla oyun qabağı ciddi itkilər

Tarix: 17 Iyun 2024 10:44

Barsinqhauzendəki düşərgə mərkəzində məşqçi Vinçenso Montellanın rəhbərliyi altında baş tutan Türkiyə millisinin məşqi mətbuata qapalı keçirilib.

Sonxeber.net offsideplus.az-a istinadən bildirir ki, hələ müalicəsi davam edən İrfan Can Kahveci məşqə qatılmadığı halda, Barış Alper Yılmaz ehtiyat məqsədilə məşqə qatılmayıb.

Dünənki məşqə ehtiyat məqsədilə qatılmayan İsmail Yüksek bu gün komanda ilə birgə hazırlaşıb.

Məşqin isinmə hərəkətləri ilə başladığı, taktiki məşqlərlə yekunlaşdığı bildirilib.

Məşqi Türkiyə Futbol Federasiyasının sədr müavini Mustafa Eröğüt və Milli Komandalar İdarə Heyətinin üzvü Hamit Altıntop da izləyib.

Türkiyə millisi sabah saat 12.00-da məşqlə Barsinghauzendəki hazırlığını tamamlayacaq və saat 17.15-də Gürcüstan matçı üçün Dortmund şəhərinə yollanacaq.


Etiketlər:  Türkiyə millisində Gürcüstanla oyun qabağı ciddi itkilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ