Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappenin burnu sınıb, əməliyyat olunacaq - FOTO

Mbappenin burnu sınıb, əməliyyat olunacaq - FOTO

Tarix: 18 Iyun 2024 08:08

Fransa millisinin hücumçusu Killian Mbappe futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ilk turunda avstriyalılarla (1:0) qarşılaşmada burnunun sümüyünü sındırıb və cərrahi əməliyyat olunacaq.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın "L'Equipe" qəzeti məlumat yayıb.

Matçın son dəqiqələrində Mbappe rəqib komandanın oyunçusuyla toqquşub və burnundan zədə alıb. Futbolçu meydana qayıda bilməyib, əvəzlənib.

Cərrahi əməliyyatın yaxın vaxtlarda aparılacağı bildirilir.

Milli.Az


Etiketlər:  Mbappenin burnu sınıb əməliyyat olunacaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ