Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2024 08:22
Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella Avro-2024-ün qrup mərhələsinin 1-ci turunda Gürcüstanla oyun öncəsi mətbuat konfransı keçirib.
Sonxeber.net xəbər verir ki, o, bugünkü matçdan əvvəl deyib:
"Almaniyada oynamağımız və orada əsasən türk azarkeşlərin olması böyük məsuliyyətdir. Türkiyə bayrağını qürurlandırmalıyıq. Bəzən bəzi futbolçuların millidə oynaması vaxt apara bilər. Daha çox mövqelərdə oynaya biləcək futbolçularımız var. Bizi təəssüfləndirən şanssız zədələr oldu. Bu futbolda ola biləcək durumdur. Ferdi və Zeki kimi iki önəmli oyunçumuz var. Çox güman ki, sağalacaqlar. Amma bu oyunçuları ilk matçda riskə atmaq istəmirəm. Komanda ilə məşqə başlayıblar. Yüz faiz hazır olanda oynayacaqlar".
Mütəxəssis bildirib ki, bəziləri komandalarında yüzdə 50 faiz oynayaraq turnirə gəliblər: "Bəziləri tam hazır deyil. Hər oyunçunun fiziki gücü bir-birindən fərqlidir. Türkiyədə yaşamış biri kimi, qərarlılıq çox önəmlidir. Yeganə məqsədimiz qalib gəlmək və yaxşı oynamaqdır. Qrupdan çıxmaq tarixi bir hadisə olardı".