Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmtahanda süni intellektdən istifadə etdi, həbs olundu

İmtahanda süni intellektdən istifadə etdi, həbs olundu

Tarix: 18 Iyun 2024 21:02

Türkiyədə süni intellektdən istifadə edərək imtahan vermək istəyən tələbə həbs edilib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, tələbə internet bağlantısı, gizli kamera və biletdəki sualları oxuya bilən, eləcə də qulağındakı qulaqlıq vasitəsilə real vaxt rejimində cavab verə bilən süni intellekt proqramından ibarət mürəkkəb sistemdən istifadə edərkən tutulub.

Onun bu fırıldağı özünün qəribə davranışları sayəsində aşkarlanıb. Nəzarətçi abituriyentdə qəribə davranışlar hiss etməyə başlayıb. Bundan sonra o, binadan çıxarılaraq polisə təhvil verilib.

Türkiyədə universitet imtahanlarında fırıldaqçılıq ciddi cinayət hesab olunduğundan artıq o, həbs edilib.


Etiketlər:  İmtahanda süni intellektdən istifadə etdi həbs olundu


RƏYLƏR