Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2024 09:52
Bu gün UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində mübarizəyə başlayacaq "Qarabağ"ın rəqibləri püşkatma nəticəsində bəlli olacaq.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, Azərbaycan çempionu bu gün keçiriləcək püşkatmada səpələnmişlər səbətində olacaq. Təmsilçimizin mümkün rəqiblərinin yer aldığı səpələnməmişlər səbətində 11 cüt və birbaşa mübarizəyə başlayacaq 1 klub yer alıb.
Amma "Dinamo" (Minsk) - "Pünik" cütünün qalibi "Qarabağ"a rəqib ola bilməz. Bu səbəbdən Azərbaycan çempionunu 10 cüt və 1 klub, yəni 21 mümkün rəqib gözləyir.
Lakin püşk ərəfəsində UEFA hər səbətdəki 12 variantı qruplara böləcək. Həmin vaxt Qurban Qurbanovun komandasının mümkün rəqiblərinin sayı da azalacaq.
Səpələnməmişlər
PAOK
"Makkabi" (Tel-Əviv)
"Ferentsvaroş"
"Qarabağ"
"Slovan" - "Struqa" cütünün qalibi
"Bodo Qlimt"
"Ludoqorets" - "Dinamo" (Batumi) cütünün qalibi
"Mityulland"
"Sparta"
"Malmö"
APOEL
"Panevejis" - HİK cütünün qalibi
Səpələnməmişlər
TNS ("De Nyu Sayns") - "Deçiç" cütünün qalibi
"Borats" - "Eqnatiya" cütünün qalibi
"Hamrun" - "Linkoln" cütünün qalibi
"Balkani" - "Santa Koloma" cütünün qalibi
"Flora" - "Selye" cütünün qalibi
"Klaksvik" - "Differdanj" cütünün qalibi
RFŞ - "Larne" cütünün qalibi
"Vikinqur" - "Şemrok Rovers" cütünün qalibi
"Virtus" - "Styaua" cütünün qalibi
"Ordabası" - "Petrokub" cütünün qalibi
"Dinamo" (Minsk) - "Pünik" cütünün qalibi
"Yagelloniya"
Qeyd edək ki, ikinci təsnifat mərhələsinin matçları iyulun 23-24-də və 30-31-də keçiriləcək.