Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2024 18:38
"Bütün komandalarımıza uğurlar arzulayıram. Həm Avropa Liqası, həm Konfrans Liqasında oynayacaq Azərbaycan klublarının hər birinə uğurlu nəticələr arzu edirəm".
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
52 yaşlı mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkünü dəyərləndirib: "İnanıram ki, bu il Azərbaycan futbolu üçün uğurlu olacaq. Bizim üçün II təsnifat mərhələsindəki görüşlər ən ciddi hazırlaşdığımız oyunlar olmalıdır. Çünki bu mərhələdən başlamaq bizim üçün yeni tanışlıqdır. Digər komandaların hazırlığı bizdən daha yaxşı ola bilər. Onlar iki rəsmi oyuna çıxacaqlar. Bu, böyük təcrübədir. İlk matça hazır olmaq üçün maksimum çalışacaq və işimizi düzgün quracağıq. "Linkoln" bizə tanış rəqib olsa da, futbol elə səviyyəyə çatıb ki, istənilən komandanın uğurlu nəticə əldə etməsi mümkündür. Hamı fikirləşir ki, çox yaxşı, uğurlu püşk olub və bizi mərhələni keçmiş kimi görürlər. Belə fikirlər futbolçulara təsir edə bilər. Psixoloji tərəfdən tam hazır olmağa çalışmalıyıq. Futbolçularım peşəkardırlar, məsələnin məsuliyyətini anlayırlar və qarşıdakı günlərdən maksimum düzgün yararlanacağıq. Uğurlu nəticə əldə etmək istəyirik".
Qeyd edək ki, "Qarabağ" "Hamrun Spartans" - "Linkoln" cütünün qalibi ilə görüşəcək.