Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2024 21:40
Bu il Rusiyadan 30 mindən çox əcnəbi deportasiya edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk bildirib.
"Bundan əlavə, polis 100 min əcnəbinin ölkəyə girişini əngəlləyib. Bu, bir il əvvəllə müqayisədə 55% çoxdur", - İrina Volk Teleqram kanalında yazıb.
O, DİN-in keçirdiyi əməliyyat çərçivəsində bir həftə ərzində miqrasiya sahəsində 50 mindən çox qanun pozuntusunun qarşısının alındığını, doqquz minə yaxın şəxsin deportasiya edildiyini vurğulayıb.