Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə çıxarılmağı gözləyən 5000 ton qızıl ehtiyatı var

Türkiyədə çıxarılmağı gözləyən 5000 ton qızıl ehtiyatı var

Tarix: 20 Iyun 2024 09:16

Türkiyənin yeraltı sərvətləri arasında hələ çıxarılmağı gözləyən 5 min ton qızılı var ki, bunun da təxminən 300 milyard dollar dəyəri var.

Milli.Az APA-ya istinadən bildirir ki, Türkiyə Mədənçilər Dərnəyinin (TMD) sədri Mehmet Yılmaz, jurnalistlərin suallarını cavablayarkən Türkiyədə aparılan araşdırmalara görə qızıl mədəni potensialının 6 min 500 ton olduğunu deyib.

Onun sözlərinə görə bu rəqəmin 1500 tonunun harada olduğu artıq məlumdur və artıq çıxarılmağa başlanıb. Yerin altında gözləyən 5 min ton da qızıl var ki, bunun da dəyəri təxminən 300 milyard dollardır.

Milli.Az


Etiketlər:  Türkiyədə çıxarılmağı gözləyən 5000 qızıl ehtiyatı


RƏYLƏR