Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappe üçün 1200 avroluq maska hazırlanacaq

Mbappe üçün 1200 avroluq maska hazırlanacaq

Tarix: 20 Iyun 2024 15:22

Fransa millisinin futbolçusu Kilian Mbappenin AÇ 2024-də Avsriya ilə oyun zamanı burnu qırıldığı üçün ona xüsusi maska hazırlanır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 24 saat ərzində hazırlanacaq maskanın qiyməti 1200 avrodur.

Belə ki, bu maska NASA-nın da raket istehsalında istifadə etdiyi aviasiya sənayesinə xas karbon lifli materiallardan olacaq. 

Xatırladaq ki, Mbappe Avstriya ilə oyun zamanı rəqib komandanın futbolçusu ilə toqquşaraq burnunu sındırmışdı. Matç fransızların 1:0 hesablı qələbəsi ilə başa çatmışdı. 

Milli.Az


Etiketlər:  Mbappe üçün 1200 avroluq maska hazırlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ