Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur modelyerin oğlu xərçəngin qurbanı oldu - FOTO

Məşhur modelyerin oğlu xərçəngin qurbanı oldu - FOTO

Tarix: 20 Iyun 2024 16:45

Məşhur rusiyalı modelyer Slava Zaitsev (Vyaçeslav Mixayloviç) yeganə oğlu Eqor Zaitsev dünyasını dəyişib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Eqor 64 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun ölümünə xərçəngdən yaranan ağırlaşmalar səbəb olub.

Bildirilib ki, fevralda Eqor koronavirusla xəstəxanaya yerləşdirilib Ona anemiya və kolon xərçəngi diaqnozu qoyulub. "Mash" teleqram kanalının məlumatına görə, yoğun bağırsaqda, ağciyərdə və qaraciyərdə yenitörəmələr aşkar edilib. İyunda o, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilib və ömrünün son günlərini süni nəfəs aparatına bağlı keçirib.

Qeyd edək ki, Eqor özü də atası kimi modelyer idi.  Parkinson xəstəliyindən əziyyət çəkən Slava ötən il mədəsində qanaxma ilə xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az


Etiketlər:  Məşhur modelyerin oğlu xərçəngin qurbanı oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ