Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyun 2024 00:52
Rumıniyanın Ali Müdafiə Şurası "Patriot" hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsi barədə qərar qəbul edib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Rumıniya Prezident Administrasiyasının saytında məlumat yayılıb.
"Müttəfiqlərlə sıx koordinasiya aparan Şura üzvləri Ukraynada təhlükəsizlik vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini, eləcə də bu vəziyyətin regional nəticələrini, o cümlədən Rumıniyanın təhlükəsizliyini nəzərə alaraq, "Patriot" sistemini Ukraynaya təhvil vermək qərarına gəliblər", - bəyanatda deyilir.