Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenskidən Ukrayna millisinin qələbəsinə reaksiya

Zelenskidən Ukrayna millisinin qələbəsinə reaksiya

Tarix: 21 Iyun 2024 23:08

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa çempionatında ilk qələbəsini qazanan ukraynalı futbolçulara təşəkkür edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə Zelenski xalqa axşam müraciətində bildirib.

"Bu gün komandaya təşəkkürümüzü bildiririk. Uşaqlar hər dəfə təzyiq edəndə, cəhd edəndə, qalib gəlməyə can atanda hər şey uğur qazanır", - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, oyundan əvvəl o, Ukrayna millisinin futbolçuları və baş məşqçisi ilə danışıb:
"Mən bu gün oyundan əvvəl onlarla - Sergey Rebrovla (Ukrayna millisinin baş məşqçisi - red.), Andrey Şevçenko ilə, uşaqlarla danışdım. Mən həqiqətən ümid edirdim ki, Ukrayna üçün, xalqımız üçün yaxşı nəticə olacaq. Qələbəmizə gedən yolda hər bir qələbə lazımdır. Bu gün isə komanda bu nəticəyə malikdir".

Qeyd edək ki, bu gün Ukrayna millisi Avro-2024-ün qrup mərhələsinin II turunda Slovakiyanı 2-1 məğlub edib.

Milli.Az


Etiketlər:  Zelenskidən Ukrayna millisinin qələbəsinə reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ