Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2024 10:26
Yaponiya Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlığın inkişafından narahatdır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Rusiyadakı səfirliyi məlumat yayıb.
Bildirilir ki, bu məsələ ilə bağlı Tokionun mövqeyini Yaponiya Xarici İşlər Nazirliyinin Avropa Departamentinin baş direktoru Masaşi Nakaqome Rusiya Xarici İşlər Nazirliyinin Üçüncü Asiya Departamentinin direktoru Lyudmila Vorobyova ilə danışıqlar zamanı səsləndirib.
Söhbət zamanı o, Rusiya lideri Vladimir Putinin KXDR-ə səfərini xatırladıb və bunun narahatlıq doğurduğunu qeyd edib.