Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyun 2024 21:24
Konqo Demokratik Respublikasının (DRC) şərqindəki bir neçə kənddə bu həftə ən azı 23 nəfər öldürülüb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi İturi əyalətinin yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
"Konqonun İnkişafı naminə Kooperativi"nin (CODECO) silahlı qüvvələri kəndlərə hücum edərək, sakinləri öldürüb və evləri yandırıb.
Səlahiyyətlilərə görə, hücumun səbəbləri məlum deyil.
CODECO 20 ildən çox əvvəl Konqo Demokratik Respublikasının şərq bölgələrində yaşayan Lendu xalqının silahlı şəxslərindən yaranıb.