Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyun 2024 21:42
Hizbullah hərəkatı Beyrutdakı Rafik Həriri Beynəlxalq Hava Limanında külli miqdarda İran istehsalı olan silah saxlayır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə "Deyli Teleqraf" qəzeti hava limanının əməkdaşlarına istinadən məlumat yayıb.
Məlumata görə, hərəkat üzvləri gömrükçülərə rüşvət verib, İran istehsalı olan silahları, raketləri və partlayıcı maddələri sərbəst keçiriblər.
Hava limanının rəsmiləri bildiriblər ki, saxlanılan silahlara İranın "Fəlaq" artilleriya raketləri, "Fateh-110" qısa mənzilli ballistik raketləri, "Burkan" iri çaplı raketləri, RDX partlayıcıları və digər silahlar daxildir.