Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Moskvada Putinə dedik ki, Rusiya mövqe tutmalıdır - Fidan

Moskvada Putinə dedik ki, Rusiya mövqe tutmalıdır - Fidan

Tarix: 24 Iyun 2024 23:08

Ukrayna münaqişəsi eskalasiya, o cümlədən nüvə silahından istifadə ehtimalı ilə doludur.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.

"Davam edən müharibənin region və bütün dünya üçün bədəli çox yüksəkdir. Daha ciddisi, bu risk böyüyə və yayıla bilər. Coğrafi olaraq yayıla bilər. Nüvə silahından istifadənin mümkünlüyü məsələsi gündəmə gələ bilər", - nazir vurğulayıb.

Onun sözlərinə görə, iyunun 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı ona Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Ukrayna münaqişəsinin həlli ilə bağlı mesajını çatdırıb:

"Biz bildirdik ki, Ukraynada sülh lazımdır və Rusiya müəyyən mövqe tutmalıdır. Əslində, iki gün sonra Putin Rusiyanın Ukraynadakı müharibəni hansı şərtlərlə dayandırmalı olduğunu nöqtəsinə kimi sadaladı. Putinin bunu dilə gətirməsi vacibdir".


Etiketlər:  Moskvada Putinə dedik Rusiya mövqe tutmalıdır Fidan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ