Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2024 03:04
Dünyanın ən qədim maye şərabı İspaniyada Roma ailəsinin məqbərəsində tapılıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Sevilyadakı eramızın I əsrinə aid məqbərədə dəfn qabları aşkarlanıb. Onlardan ikisinin üzərində adlar yazılıb: Hispanae və Senicio.
Qablardan birində beş litr sarımtıl-qəhvəyi maye olub. Kimyəvi analiz zamanı ağ şərab üçün xarakterik olan polifenollar və mineral duzlar aşkar edilib. İçkinin tərkibi Əndəlüsdən gələn müasir şərablara yaxındır.
Alimlər hesab edirlər ki, kremasiya qabına şərab qoymaq ritualın bir hissəsi olub. Onların fikrincə, şərabın maye halda heyrətamiz şəkildə saxlanması Romadakı mürəkkəb konservləşdirmə üsullarından xəbər verir. Həmçinin, xüsusi iqlim şəraiti şərabın demək olar ki, iki minillik ərzində qorunmasına kömək edib.