Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniya məhkəməsi Assanjı zaminə buraxıb

Britaniya məhkəməsi Assanjı zaminə buraxıb

Tarix: 25 Iyun 2024 08:30

"WikiLeaks", qurucusu Culian Assanjın 2019-cu ildən həbsdə saxlandığı Britaniyanın Belmarş həbsxanasından sərbəst buraxıldığını və təyyarə ilə Böyük Britaniyanı tərk etdiyini açıqlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə təşkilatın sosial şəbəkə hesabında bildirilib.

"O, 1901 gün həbsdə qaldıqdan sonra iyunun 24-də səhər saatlarında ciddi rejimli Belmarş həbsxanasından çıxıb. O, London Ali Məhkəməsi tərəfindən zaminə buraxılıb, həmçinin gündüz Stansted Aeroportuna buraxılıb və burada təyyarəyə minərək Böyük Britaniyanı tərk edib", - məlumatda diqqətə çatdırılıb.

"WikiLeaks" həmçinin Amerika məhkəməsinin Assanj və ABŞ prokurorluğu arasında etiraf sövdələşməsinin bağlanması barədə məlumatını təsdiqləyib. Bununla belə, təşkilata görə, bu hələlik "rəsmən yekunlaşdırılmayıb".

Milli.Az


Etiketlər:  Britaniya məhkəməsi Assanjı zaminə buraxıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ