Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bəzən danışmaqdansa susmaq yaxşıdır

Bəzən danışmaqdansa susmaq yaxşıdır

Tarix: 25 Iyun 2024 14:06

Parlament ölkənin ali qanunverici orqanıdır və təbii ki, bu strukturda təmsil olunanlar, çalışanlar orta statistik vətəndaşdan fərqlənməlidir.

Məntiqə görə, çünki həmin vətəndaş seçkilərdə səs verərək parlament üzvlərini seçirlər.

Seçilənlərlə seçənlər arasında oxşarlıqlar və fərqlər cəmiyyətin durumunu, sosiumun vəziyyətini əks etdirir.

Problem onda yaranır ki, seçilmişlər danışdıqları sözləri, işlətdikləri ifadələri seçməsinlər, sıralasınlar və kəmiyyəti keyfiyyətə qurban versinlər.

"Orda bir tam məxfi qrup var, bir də məxfi. Mənim ətrafımdakılar harada işlədiyimi bilirdilər, amma nə iş gördüyümü bilmirdilər. Bunu ancaq iş yoldaşlarım və rəislərim bilirdi", - Milli Məclisin üzvü Arzu Nağıyev ölkə mediasına verdiyi növbəti müsahibəsində belə deyib.

Əslində, tam doğru deyib və vəziyyət indi də belədir.

Cənab Nağıyevin harada işlədiyini ətrafındakılar bilir, amma nə iş gördüyünü bilmirlər.

O, sürəkli olaraq "media orqanında rəhbər" çalışdığını da söyləyir. Doğrudur.

İnformasiya Agentliyində çalışanda onun iş yoldaşları belə, cənab Nağıyepvin nə iş gördüyünü dəqiq bilmirdilər.

Ümid edirik Milli Məclisin artıq buraxılmış heyətinin mənsubları nə isə bilirlər.

"Döyüş zamanı bir dəfə hiss elədim ki, snayper başımı nişan alıb. Avtomatı alnıma tutdum, atəş açıldı, avtomatın dəstəyi alnımı parçaladı. Qan axa-axa ailəmi düşünürdüm ki, uşaqlar balacadır, çətin dövrdür. Ölümü o qədər yaxından bir tək onda düşündüm. Vəssalam. İşimlə bağlı həmişə əldə silah, cinayətkar dəstələrin  üstünə getmişəm. Narkotiklər və insan alveri şöbələrində çalışmışam. Ota Asiyada əməliyyatlarda olmuşam. Təhlükə hər an bir addımlığımda olub", - deyib A.Nağıyev.

Doğrudur, elə bir əməliyyait olub. Fəqət ki, həmin əməliyyatın təfərrüatları tam fərqlidir, deyildiyi kimi deyil və bunu cənab Nağıyev bilir - həmin əməliyyatın digər iştirakçıları kimi.

Onlar isə yəqin ki, deyilənlərlə razılaşmayacaqlar. Amma olsun - əyyami qədimlərdən gələn bir kəlam var: "Olan olub, keçən keçib".

Bu günlərdə isə o, Azərbaycanda narkoticarət və narkomaniyaya qarşı mübarizəyə həyatının illərini verdiyini deyib.

Ola bilər, mümkündür. Fəqət, həmin sahədə gerçəkdən də çalışanlar, narkotacirlərlə mübarizədə dövlətin maraqlarını və cəmiyyətin mənafelərini qorumaq üçün həyatlarını təhlükəyə atanlar bir qayda olaraq, fəaliyyətlərindən bəhs etmək istəmirlər.

Peşəkar olduqları üçün.


Etiketlər:  Bəzən danışmaqdansa susmaq yaxşıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ