Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyun 2024 15:24
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) məhkəməyə qədərki kollegiyası Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun həbsinə order verib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə məhkəmənin saytında məlumat verilib.
"İyunun 24-də II Beynəlxalq Cinayət Məhkəməsinin ibtidai istintaq komissiyası Ukraynadakı vəziyyət kontekstində beynəlxalq cinayətlər törətməkdə şübhəli bilinən iki şəxs - Sergey Kujugetoviç Şoyqu və Valeri Vasilyeviç Gerasimov barəsində həbs qərarı çıxarıb", - məlumatda qeyd olunub.