Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2024 08:38
Nigerin cənub-qərbində yaraqlıların hücumu nəticəsində 20-dən çox insan həlak olub, daha 9 nəfər yaralanıb.
Sonxeber.net report-a istinadən bildirir ki, bu barədə "Agency France Presse" (AFP) məlumat yayıb.
Məlumata görə, hadisə Tillaberi regionunda Tera departamentində baş verib. Silahlı terror qruplaşması tərəfindən törədilən hücumun qurbanları 20 hərbçi və 1 mülki şəxsdir.
Hadisə ilə əlaqədar ölkədə üç günlük matəm elan edilib.