Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyun 2024 09:30
Türkiyənin Bingöl şəhərində 4 bal gücündə zəlzələ baş verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 11,12 km dərinlikdə yerləşib.
Zəlzələ Bakı vaxtı ilə saat 08:42-də qeydə alınıb.
Təkanlar ətraf rayonlarda da hiss olunub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.