Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lebedev: Bu, İrəvanın özünə ziyan vurur

Lebedev: Bu, İrəvanın özünə ziyan vurur

Tarix: 26 Iyun 2024 16:34

Qərb ölkələri İrəvana təzyiq göstərir, onları bir sıra hallarda antirusiya mövqeyi tutmağa sövq edir və MDB məkanında əməkdaşlığı məhdudlaşdırır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu MDB-nin Baş katibi Sergey Lebedev deyib.

Onun fikrincə, bu, ilk növbədə Ermənistanın özünə ziyan vurur:

"Qərbdən erməni tərəfdaşlarımıza qarşı böyük təzyiq görürəm ki, bu da onları bəzi hallarda antirusiya mövqe tutmağa və ya MDB çərçivəsində əməkdaşlığını məhdudlaşdırmağa sövq edir. Təəssüf hissi ilə qeyd edirəm ki, Ermənistan son vaxtlar MDB-nin bir çox forumlarında iştirakını dayandırıb. Məncə, bu, MDB üçün pisdir. Təşkilatın baş katibi kimi deyirəm, bir çox ekspertlər bunun Ermənistan üçün də pis olduğunu etiraf edirlər".


Etiketlər:  Lebedev İrəvanın özünə ziyan vurur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ