Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2024 08:12
Alimlər uzunmüddətli tənhalığın yaşlılarda insult riskini artıra biləcəyini aşkarlayıblar.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bununla bağlı Harvard Universitetinin Xalq Sağlamlığı Departamentinin tədqiqatçıları araşdırma aparıblar.
Miçiqan Universiteti Sosial Araşdırmalar İnstitutunun apardığı tədqiqatın ilk mərhələsində heç vaxt insult keçirməmiş 50 və daha yuxarı yaşda olan 12161 insana insult riskini ölçmək üçün suallar verilib. 4 il sonra araşdırmanın ikinci mərhələsində 8936 nəfərin ötən dövrdə insult keçirib-keçməmələri ilə bağlı məlumatlar toplanıb.
Tədqiqatçılar iştirakçıları tənhalıq səviyyələrinə görə 4 qrupa ayıraraq son 4 ildə insult keçirmiş yaşlılar haqqında məlumatları müqayisə ediblər.
Onlar uzunmüddətli tənhalıq səbəbi ilə "xroniki tənhalıq yaşayanlar" qrupunda olanların insult keçirmə nisbətinin yalnızlıq səviyyəsi aşağı olanlara nisbətən 56 faiz daha yüksək olduğunu müəyyənləşdiriblər. Alimlər bu nəticələrin işığında uzunmüddətli təkliyin yaşlılarda "insult ehtimalını artıran risk faktoru" ola biləcəyi qənaətinə gəliblər.
Araşdırmanın nəticəsi "eClinicalMedicine" jurnalında dərc olunub.