Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2024 17:50
"Efirə çıxmıram, çünki danışıram, paylaşılanda götürüb altına şərhlər yazırlar. Bu yaşımda nələr yazırlar. Qıcıqlandırırlar, bunu qəbul edə bilmirəm".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri meyxanaçı Vüqar Əbdülov "Rəngarəng səhər" verilişində deyib. İfaçı verilişlərə getməməsinin səbəbini açıqlayıb. O bildirib ki, sosial şəbəkələrdə yazılan şərhlərə görə, proqramlara qatılmaq istəmir.
V.Əbdülov meyxanaçılardan, gənc ifaçılardan şikayətlənib:
"İndi meyxanaçılar, müğənnilər, aktyorlar bizim 20 ilə gəldiyimiz yolu 1 ilə keçirlər. Elə bilirlər ki, artıq mükəmməldirlər. Cavanların problemi odur ki, məsləhəti qəbul etmirlər. Aybəniz Haşımovanın bir tələbəsi ilə kənddə toydayıq. Deyirəm ki, mən nə deyirəm onu oxu. Qulaq asmır, bildiyini edir".