Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2024 21:20
Kinqsli Koman təcili olaraq sevgilisinin yaşadığı İsveçə getməli olub.
Fransa yığması Avropa çempionatında 1/8 finala yüksəlib. Onun növbəti rəqibi Belçika olacaq. Qarşılaşma iyulun 1-nə təyin edilib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Kinqsli Komanın həmin qarşılaşmada oynayıb-oynamayacağı hələlik məlum deyil.
"Bavariya"nın futbolçusunun yoxluğunun səbəbi sevindiricidir. Fransa təmsilçisinin xanımı tezliklə dördüncü övladını dünyaya gətirəcək.
28 yaşlı futbolçu "qırmızı şeytanlar"a qarşı oynamaq üçün vaxtında qayıtmağı hədəfləyir.
Koman indiyədək Avropa çempionatının bir oyununda iştirak edib. O, Hollandiya ilə görüşdə 15 dəqiqə meydanda olub (0:0).