Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” əvvəlki oyununu sərgiləyə bilmir” – Xayme Romero

“Qarabağ” əvvəlki oyununu sərgiləyə bilmir” – Xayme Romero

Tarix: 26 Noyabr 2019 11:56

"Sevilya" bu mövsüm iddialı olacaq. Bəzi mürəkkəb anlar yarana bilər, amma gördüklərimə əsasən,  çox aydın fikirləri olan komandadır. Əla komandaları var. Onların hər biri yüksək səviyyəli futbolçulardır. Geniş heyətə sahibdilər".

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Xayme Romero Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Sevilya" ilə səfər oyunu öncəsi  “Deportes ABCdesevilla” nəşrinə müsahibəsində deyib.

İspan yarımmüdafiəçi La Liqa təmsilçisi ilə Bakıdakı görüşü də xatırladıb: "Onlarla ilk oyunumuzu Bakıda keçirdik. Həmin vaxt bir neçə gün əvvəl La Liqada liderliyə yüksələn komandaya qarşı çıxış etdik və 0:3 hesabı ilə uduzduq. Sevilyada oynamağın necə olduğunu bilirəm. Bu yaxınlara qadər "Kordoba"da çıxış edirdim və təbii ki, "Sevilya"nın haranı təmsil etdiyini bilirəm. Ölkəmizdə oynamaq həmişə özəldir”.

X.Romero Sevilyaya bütün güclərini ortaya qoymaq üçün gedəcəklərini söyləyib: "Mövsümün əvvəli ilə müqayisədə vəziyyətimiz bir az pisdir. İndi əvvəlki oyunlarımızı sərgiləyə bilmirik. Ölkə çempionatında da son oyunlar çox qələbə qazanmırıq. Fikrimcə, bizim Çempionlar Liqasına və Avropa Liqasına erkən başlamağımızın “Qarabağ”a təsiri oldu. Ancaq Sevilyaya hər şeyimizi ortaya qoymaq üçün gedəcəyik".

 


Etiketlər:  Qarabağ əvvəlki oyununu sərgiləyə bilmir Xayme Romero


RƏYLƏR