Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qumla oynamaq uşaq sağlamlığına necə təsir edir?

Qumla oynamaq uşaq sağlamlığına necə təsir edir?

Tarix: 1 Iyul 2024 04:06

"Qumla oynamaq uşaq sağlamlığına olduqca müsbət təsir göstərir".

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu fikirləri "Sağlam radio"da yayımlanan "Sağlam səhər" verilişində Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova açıqlayıb.

Onun sözlərinə görə, bu, maddələr mübadiləsini yaxşılaşdırmağa, dəri xəstəliklərinin, tənəffüs orqanlarının, sinir sisteminin fəaliyyətinin, oynaqların müalicəsində kömək edir:

"Eyni zamanda, qumlu səthdə ayaqyalın gəzmək ayaqlar üçün faydalıdır. Uşaqların qumla oynadığı zaman valideynlər təhlükəsizlik qaydalarına riayət etməlidilər. Zədələnən dəri ilə qumda oynamaq olmaz, çizilmələr və kəsiklər tamamilə sağalmalıdır. Əks halda yaraya infeksiyanın düşmə riski yüksəkdir".

Pediatr qeyd edib ki, körpənin soyuq qumun üzərində oturmasına icazə verməyin:

"Bu, genital sisteminin iltihabı xəstəliklərinə səbəb ola bilər".


Etiketlər:  Qumla oynamaq uşaq sağlamlığına necə təsir edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ