Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Makron buna görə uduzdu – Rusiyadan reaksiya

Makron buna görə uduzdu – Rusiyadan reaksiya

Tarix: 1 Iyul 2024 11:22

ABŞ Prezidenti Co Bayden, Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts dünyada sabitliyi pozmaq üçün hər şeyi edir. Lakin onların ölkələrinin vətəndaşları liderlərinin kursunu dəstəkləməkdən imtina edirlər.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün Teleqram kanalında yazıb.

"Bayden və Makronun uğursuzluqları ona gətirib çıxarıb ki, amerikalılar və fransızlar fərqli siyasət lehinə seçim etməyə başlayıblar. ABŞ və Fransa vətəndaşları öz seçimlərini milli yönümlü siyasət yeritmək, iqtisadiyyatlarının inkişafı və qlobal təhlükəsizlik məsələlərinin həlli zərurətindən yana edirlər. Böyük Britaniyanın mühafizəkarlarını da uğursuzluq gözləyir. Səbəbi özlərində axtarmalıdırlar", - o bildirib.

Qeyd edək ki, ötən gün Fransada keçirilən parlament seçkilərinin birinci turunda sağ Milli Birlik Partiyası qələbə qazanıb. Makronun koalisiyası isə 3-cü yeri tutub. Seçkilərin ikinci turu 7 iyulda keçiriləcək.


Etiketlər:  Makron buna görə uduzdu Rusiyadan reaksiya


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ