Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda intiharların qarşısının alınması kompleks yanaşma tələb edir - Nazir müavini

Azərbaycanda intiharların qarşısının alınması kompleks yanaşma tələb edir - Nazir müavini

Tarix: 26 Noyabr 2019 12:20

Bakı. İlhamə İsabalayeva - Trend:

Son 5 ildə Azərbaycanda intiharların sayı təqribən 3 minə çatıb.

Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının keçirdiyi dəyirmi masada Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.

Onun sözlərinə görə, bu da çox yüksək rəqəmdir: "Bunun 2/3-i kişilər, 1/3-i isə qadınlardır. Bunun ən üzücü tərəfi odur ki, intihar edənlərin 173 nəfəri uşaq və yeniyetmədir".

A.Kərimov əlavə edib ki, əvvəllər intiharın daha çox yaşlı insanların problemi olduğu düşünülürdüsə, son zamanlar intihar edənlərin 1/3-i cavanlardır.

Son 40-45 ildə dünyada intiharların sayının 60 faiz artdığını deyən nazir müavini bildirib ki, intiharların səbəbləri sosialyönümlü ola bilər. Sosial təminat, işsizlik problemləri, bəzi hallarda sosial-psixoloji məsələlər intiharın səbəbləri ola bilər: "Digər tərəfdən də görürük ki, Azərbaycanda bir çox hallarda intihar həssas təbəqələr arasında baş verir. Bura ruhi xəstəliyi, əlilliyi olan insanlar, məişət zorakılığının qurbanları, keçmiş məhkumlar və s. aiddir. Amma yaddan çıxarmaq lazım deyil ki, intiharlar yalnız kasıb, yoxsul ailələrin problemi deyil. Bir çox inkişaf etmiş Avropa ölkələrində də bu problemə rast gəlinir".

Azərbaycanda intiharların qarşısının alınmasının kompleks yanaşma tələb etdiyini nəzərə çatdıran nazir müavini vurğulayıb ki, cəmiyyət bu prosesdə öz səyini əsirgəməməlidir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycanda intiharların qarşısının alınması kompleks yanaşma tələb edir Nazir müavini


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ