Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2024 14:02
Bir daha fəxrlə elan edirəm ki, mən azərbaycanlıyam. Mahabadda dünyaya gəlmişəm, atam, anam və bütün nəslim azərbaycanlıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Məsud Pezeşkian son vaxtlar onun anasının başqa millətdən olması barədə deyilənlərə aydınlıq gətirərkən bildirib.
O, bununla yanaşı İranda Azərbaycan türkcəsinə qarşı məhdudiyyətlərə də toxunub:
"Bir azərbaycanlı olaraq kimsənin dilimi lağa qoymasına icazə vermərəm, heç kim Azərbaycan türkcəsində yazıb-oxumağa qadağa qoya bilməz".
Qeyd edək ki, prezident seçkiləri öncəsi Məsud Pezeşkianın anasının kürd olması ilə bağlı şayiələr yayılıb.
Xatırladaq ki, "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" ifadəsi Ulu Öndər Heydər Əliyevə məxsusdur.