Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2024 11:58
Rusiyanın xalq artisti Vladimir Matveev 72 yaşında vəfat edib,
Sonxeber.net Redaktor.az-a istinadla xəbər verir ki, bu barədə iyulun 2-də onun həyat yoldaşı "İzvestiya"ya bildirib.
Dünən gecə ürək tutmasından ölüm baş verib.
Vladimir Matveev 26 yanvar 1952-ci ildə Tümen vilayətində anadan olub. 1974-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib.
Dərhal Lensovet Teatrının truppasına qəbul edilib.
1986-cı ildə ekranda debüt edib. Karyerası ərzində o, 100-dən çox rolda oynayıb, onlardan ən məşhuru - "Xüsusi təyinatlı agent", "Quyruq", "Leninqrad 46" , "Dünyanın sonu", "Qara çay"-dır.