Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Teleqramda problemlər yarandı

Teleqramda problemlər yarandı

Tarix: 2 Iyul 2024 23:44

İyulun 2-də axşam saatlarında bütün dünyada istifadəçilər Teleqramda problemlərlə üzləşiblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, mesencer düzgün işləməyib, mesajların və media fayllarının yüklənməsi çox vaxt aparıb.

İnsanlar mesajların və şərhlərin yüklənməsi ilə bağlı problemlərdən şikayətləniblər. Bəzi hallarda onları göndərmək və oxumaq mümkün olmayıb.

Dünyanın müxtəlif yerlərində istifadəçilər oxşar problemlər yaşayırlar. Ən çox narazılıq ABŞ, Rusiya və Avropanın sakinlərindən gəlib, lakin Braziliya, Argentina və Misirdən də şikayətlər var.

Teleqram nümayəndələri fəaliyyətdəki problemlərə münasibət bildirməyiblər.

Milli.Az


Etiketlər:  Teleqramda problemlər yarandı


RƏYLƏR