Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəsmi Tbilisi Azərbaycanla Ermənistan arasında dialoqa töhfə verməyə hazırdır

Rəsmi Tbilisi Azərbaycanla Ermənistan arasında dialoqa töhfə verməyə hazırdır

Tarix: 3 Iyul 2024 14:34

Biz Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesinə başlamaqla bağlı sülh yolu ilə əldə edilmiş tarixi qərarı alqışlayırıq.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili ermənistanlı həmkarlı Ararat Mirzoyanla görüşdən sonra mətbuata açıqlamasında deyib.

O, rəsmi Tbilisinin regionda sülh və sabitlik naminə Azərbaycanla Ermənistan arasında konstruktiv dialoqa töhfə verməyə hazır olduğunu vurğulayıb.

"Gürcüstan Cənubi Qafqazda sabitliyi və sülh şəraitində birgə yaşayışı qətiyyətlə dəstəkləyir. Biz Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesinə başlamaqla bağlı sülh yolu ilə əldə edilmiş tarixi qərarı alqışlayırıq. Ümid edirik ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesi müsbət dinamikanı saxlayacaq", - Darçiaşvili deyib.


Etiketlər:  Rəsmi Tbilisi Azərbaycanla Ermənistan arasında dialoqa töhfə verməyə hazırdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ