Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ericsson” 2,6 milyard “5G” qoşulma proqnozlaşdırır

“Ericsson” 2,6 milyard “5G” qoşulma proqnozlaşdırır

Tarix: 26 Noyabr 2019 14:20

2025-ci ilin sonunadək dünya əhalisinin 65%-i qlobal mobil trafikin 45%-ni təşkil edəcək “5G” şəbəkələrinin əhatə zonasında yaşayacaq. “Ericsson Mobility Report” adlı hesabatda belə deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tdaily.ru” saytına istinadən yazır ki, “Ericsson” şirkətinin qiymətləndirməsinə görə, yaxın 6 ildə “5G” şəbəkələrinə qoşulmaların sayı 2,6 milyardı ötəcək. Bir smartfonun payına düşən orta trafik istehlakı 2025-ci ilin sonunadək indiki 7,2-dən 24 QB-dək yüksələcək. Gələcək sürətli artım yeni xidmətlərin (virtual və əlavə edilmiş reallıq texnologiyalarından istifadə edərək axın videosunu izləmək imkanı daxil olmaqla) istifadəyə verilməsi ilə bağlıdır. Aylıq 7,2 QB – bu, gün ərzində 21 dəqiqəlik HD video (1280 x 720), aylıq 24 QB isə gündəlik 30 dəqiqə HD video və 6 dəqiqə VR məzmun deməkdir.

 

2019-cu ildə “5G” şəbəkələrində 13 milyon qoşulmanın olacağı gözlənilir. 2020-ci ildə “5G” xidmətlərinin inkişafı sürətlənəcək: “5G” texnologiyalarının kütləvi tətbiqi üçün şərait yaradılacaq və 2025-ci ilin sonunadək dünyada artıq “5G” şəbəkələrinə 2,6 milyard qoşulma qeydə alınacaq.

 

Emil Hüseynov




Etiketlər:  Ericsson milyard qoşulma proqnozlaşdırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ