Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Superkompüter ''AVRO-2024''ün qalibini proqnozlaşdırdı

Superkompüter ''AVRO-2024''ün qalibini proqnozlaşdırdı

Tarix: 4 Iyul 2024 00:20

"Opta" superkompüteri Almaniya millisinin "AVRO-2024"ün qalibi olmaq şansının yüksək olduğunu bildirib.

Sonxeber.net metbuat.az-a istinadla xəbər verir ki, hesablamalara görə, Yulian Naqelsmanın rəhbərlik etdiyi komandanın qitə birinciliyini qazanmaq şansı 20 faizdir. Superkompüterin məlumatına görə, ikinci sırada turnirdə qalib olmaq şansı 19,2% olan İspaniya millisi gəlir.

Qeyd edək ki, Avropa çempionatının 1/4 final mərhələsində Almaniya və İspaniya yığmaları üz-üzə gələcəklər. Oyun iyulun 5-də baş tutacaq, start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.


Etiketlər:  Superkompüter AVRO 2024ün qalibini proqnozlaşdırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ