Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2024 04:06
Üzüm bəhməzi tərkibindəki antioksidantlar və minerallar baxımından son dərəcə əhəmiyyətli bir qida qaynağıdır.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, depressiya və narahatlıq pozuqluğunu aradan qaldırır. Müntəzəm qəbul edilərsə, üzüm bəhməzi tərkibindəki maqnezium sayəsində depressiya və narahatlıq pozuqluğunu aradan qaldırmağa kömək edir. Bəkməzdə bol olan maqnezium əsəb sistemini sakitləşdirir və xoşbəxtlik hormonu kimi tanınan serotonini artırır. Bu, psixi sağlamlığa yaxşı təsir edir, yuxunu da tənzimləyir.
Sümük və diş sağlamlığını gücləndirir. Üzüm bəkməzi kalsiumla zəngin olduğuna görə insan sağlamlığı üçün böyük əhəmiyyət daşıyır. Orqanizmdə ən bol olan mineral kimi kalsiumun demək olar ki, hamısı sümüklərdə və dişlərdə olur. Kalsium xüsusilə osteoporoza, yəni sümük rezorbsiyasına qarşı təsirli olan bir mineraldır.
Bəkməz diş və sümükləri qorumağa kömək edən yaxşı dəmir, selen və mis mənbəyidir.
Qan təzyiqi və ürək sağlamlığını tənzimləyir. Bəkməzdəki kalium qan təzyiqini tarazlaşdırmağa yardımçı olur. Kalium bir tərəfdən yüksək təzyiqə səbəb olan natriumun bədəndən çıxmasına kömək edir, digər tərəfdən damarları rahatlaşdıraraq təzyiqi aşağı salır. Bundan əlavə, kalium ürək sağlamlığını qorumağa kömək edən yaxşı bir elementdir.
Bağırsaq sağlamlığını tənzimləyir. Belə ki, üzüm bəkməzi qəbizliyə qarşı təsirli bir qidadır.
Xərçəng riskini azalda bilir. Təbiətdəki ən güclü antioksidantlardan biri daha çox qırmızı üzümdə olur. Buna görə də bəkməzi antioksidantla zəngin qida sayılır. Xərçəng hüceyrələrinin bölünməsi, çoxalması və yayılmasının qarşısını almağa kömək edə bildiyi üçün bu aktiv maddə xərçəngin müalicəsi zamanı meydana gələn yan təsirləri də azaldır.
Dəri sağlamlığını dəstəkləyir. Antioksidantlar xərçənglə yanaşı dəri sağlamlığına da müsbət təsir göstərir. Zərər verə biləcək sərbəst radikalları dayandıraraq dərinin qocalma prosesini yavaşlatmağa kömək edir.
Dəmir çatışmazlığına faydalıdır. Üzüm bəkməzinin tərkibində dəmir olduğundan dəmir çatışmazlığına qarşı istifadə edilməsi mümkündür.
Aybaşı öncəsi gərginlik və menopoz simptomlarına yaxşı gəlir. Üzüm bəkməzi yeyərkən əldə edilən maqnezium menstruasiya əvvəli olan sancılar, baş ağrıları və əhval-ruhiyyə problemlərinin aradan qaldırılmasında təsirli olur. Menstruasiya əvvəli gərginlik dövründə yaşanan bu simptomlar menopoz dövründə də yaşana bilir. Bu səbəbdən üzüm bəkməzinin tərkibindəki maqnezium menopoz dövründə də qadınlara yaxşı təsir kömək edir.
İltihabi revmatizmə (Revmatoid Artrit) qarşı faydalıdır. Bəkməzin tərkibindəki antioksidantlar iltihaba qarşı təsirlidir. Bu səbəbdən bəkməzin qəbulu xüsusilə iltihablı revmatizmə qarşı yaxşıdır.
Üzüm bəkməzi necə qəbul edilməlidir? Çox faydalı üzüm bəkməzini hər səhər 2 xörək qaşığı içmək məsləhət görülür. Bu şəkildə müntəzəm olaraq qəbul edildikdə insan orqanizmində lazım olan mineralları qarşılayır.