Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Iyul 2024 08:46
Rusiya ilə həmsərhəd olan bir qrup NATO ölkəsi alyansın milli hərbi xərclərini artırmaq üçün diplomatik səylərə başlamağı planlaşdırır. Səbəb indiki büdcələrin artıq Qərbin üzləşdiyi təhlükələrə adekvat olmamasıdır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə "Tayms" nəşri yazır.
Qeyd olunur ki, Estoniya və şərq cinahında yerləşən digər ölkələr Ukraynadakı müharibəni və gələcəkdə Rusiyanın NATO-ya qarşı təcavüzü ehtimalını nəzərə alaraq, alyans üzvlərinin ÜDM-in ən azı 3%-ni müdafiəyə sərf etmələrini müdafiə edəcəklər.
Belə ki, bu təşəbbüs NATO liderlərinin iyulda Vaşinqtonda keçiriləcək görüşündən sonra geniş vüsət alacaq.