Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cavan Zeynallı: ''14 kiloqram arıqlamamışam, şişirdib yazıblar''

Cavan Zeynallı: ''14 kiloqram arıqlamamışam, şişirdib yazıblar''

Tarix: 5 Iyul 2024 12:15

"Səhhətimdə heç bir problem yoxdur. 14 kiloqram da arıqlamamışam".

Milli.Az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Xalq artisti Cavan Zeynallı bildirib.

"Yay ayıdır, havalar isti keçir, digər tərəfdən də yoldaşımın yoxluğu məni üzür. Sadəcə, iştahasızlıq var. Altı kiloqram arıqlamışam, lakin 14 kiloqram arıqladığımı şişirdib yazıblar".

C.Zeynallı iki ildir efirlərə çıxmamasından söz açıb:

"Yoldaşım rəhmətə gedib. Bu səbəbdən iki il efirlərə çıxmadım. Buna təəccüblə yanaşanlar da var. Anlamıram ki, niyə qeyri-adi qəbul edirlər. İtki çox çətindir. Hazırda tək yaşayıram. Düzdür, qohumlarım var, yanımda olurlar. Dostların sayı azalıb. Mənə heç kömək də lazım deyil. Özüm işlərimi görə bilirəm. Arada pianoda ifa edirəm. Mən Allahla danışıram".

Xatırladaq ki, ötən gün verilişlərdən birində olan Xalq artistinin arıqladığı diqqət çəkib. Onun 14 kiloqram çəki atdığı bildirilib.

Milli.Az


Etiketlər:  Cavan Zeynallı kiloqram arıqlamamışam şişirdib yazıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ