Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təcili yardıma yol verməyən sürücü 342 manat cərimələndi

Təcili yardıma yol verməyən sürücü 342 manat cərimələndi

Tarix: 5 Iyul 2024 22:54

İstanbulun Küçükçekmece rayonunda sol zolaqla hərəkət edən avtomobilin sürücüsü təcili yardıma yol verməyib.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, həmin görüntülər sosial şəbəkələrdə yayılandan sonra sürücü haqqında tədbir görülərək ona 6588 lirə (342 AZN) inzibati cərimə yazılıb.

Bildirilir ki, həmin avtomobilin sürücüsü Küçükçekmece rayonundan keçən D-100 şosesində irəliləyən təcili yardım avtomobilinə uzun müddət yol verməyib. Hadisə xəstənin yaxını tərəfindən telefon vasitəsilə qeydə alınaraq sosial şəbəkələrdə paylaşılıb.

Daha sonra İstanbul Polis İdarəsi Yol Polisi Şöbəsinə həmin avtomobili tapmaq əmr olunub. Avtomobilin sürücüsü aidiyyatı üzrə saxlanılaraq ona cərimə yazılıb.


Etiketlər:  Təcili yardıma verməyən sürücü manat cərimələndi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ