Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2024 11:20
Polşa Silahlı Qüvvələrinin komandanlığı sakinləri Rusiyanın Ukrayna ərazisinə hücumları ilə əlaqədar ölkənin cənub-şərq bölgələrində hərbi aviasiya uçuşları ilə bağlı xəbərdarlıq edib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Polşa ordusu məlumat yayıb.
Bildirilib ki, bu gecə Rusiyanın uzunmənzilli aviasiyası Ukrayna ərazisinin qərbində yerləşən hədəflərə zərbə endirib:
"Rusiya qoşunlarının Ukraynanın qərb vilayətlərinə hücumlarında sonuncu dəfə iyunun 21-dən 22-nə keçən gecə belə aktivlik qeydə alınıb. Polşa hava məkanının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi prosedurlar işə salınıb və Silahlı Qüvvələrin operativ komandanlığı vəziyyəti daim nəzarətdə saxlayır".